Ramco CJSC smeta mühəndisi axtarır

Mühəndis


İşəgötürən: Ramco CJSC

Vakansiya: Smeta mühəndisi

Son tarix: 02 iyul 2023

Namizədə olan tələblər:   

-Təhsil: Ali; 

-Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri üstünlükdür; 

-Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlükdür;

-İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq;

-Ehtiyyac olduqda müxtəlif bölgələrə ezamiyyətə getmək imkanı; 

-Analitik düşüncə bacarığı; 

-Təşkilatçılıq bacarıqları; 

-Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı.

Vəzifə öhdəlikləri:  

-Tender təklifilərinin hazırlanmasında birbaşa iştirak etmək, iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq; 

-Subpodratçılar tərəfindən icra olunan işi müəyyənləşdirmək, kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və göndərmək; 

-Xaricdən alınan materialları və cihazları müəyyənləşdirmək, kommersiya təkliflərinə dair müraciətləri formalaşdırmaq və lazımi çertyojlar və spesifikasiyalar ilə birgə  təchizat şöbəsinə göndərmək;

-Layihənin, həmçinin subpodratçılar üçün alınmalı materialların siyahısını hazırlamaq və qiymətlərə dair sorğunu təchizat şöbəsinə göndərmək; 

-Texniki xüsusiyyətləri və sayı göstərilməklə layihə üçün lazımi maşın-mexanizmlərinin siyahısını hazırlamaq, kirayə qiymətlərinin və yanacaq sərfiyatı normalarının əldə olunması məqsədi ilə nəqliyyat şöbəsinə göndərmək; 

-İş həcmlərinin cədvəlinin hər bəndinə uyğun 1) texnika və işçi qüvvəsi, 2) materialların hər vahidinə dair qiyməti göstərmək. Hazır işəmuzd qiymətləndirilməsi olmayan işlər, həmçinin, maşın-mexanizmlərin cəlb edilməsi ilə görülən işlər üçün işlərin görülməsinin maya dəyərinin kalkulyasiyasını aparmaq; 

-Bütün hesablamaları və maya dəyərinin yekun smetasının yoxlanması məqsədilə Texniki şöbənin rəhbərinə təqdim etmək;

-Sahə texniki ofisindən gələn hesabatları yoxlamaq,bu hesabatlar əsasında aylıq irəliləmə hesabatı hazırlamaq; 

-Subpodratçılara veriləcək işin həcmini və qiymətini razılaşdırmaq; 

-Təsdiq olunmuş qiymətlər cədvəlinə uyğun ümumi forma-2 ləri hazırlayıb rəhbərliyə imza üçün təqdim etmək. 

İş şərtlərimiz: 

-Əmək haqqı: 1684-2133 AZN;

-İş qrafiki : Tam iş günü (5 gün);   

-İş saatları: 08:30-17:30.   

Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]