Ram Holding hüquqşünas axtarır

İşəgötürən: Ram Holding
Vakansiya: Hüquqşünas
Son tarix: 29 sentyabr 2022
Namizədə olan tələblər:
-Ali hüquqi təhsil;
-İş təcrübəsi: minimum 1 il (vəkil yanında iş təcrübəsinin olması arzuolunandır);
-Dil biliyi – Azərbaycan dilində səlis danışıq və yazı (ingilis və rus dili üstünlükdür);
-Ezamiyyətlərə getməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
-Şirkətin icra, hüquq mühafizə orqanlarında, mediasiya təşkilatlarında təmsil edilməsi;
-Məhkəmə üçün sənədlərin hazırlanması;
-Məhkəmə proseslərində şirkətin təmsil edilməsi;
-Məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı icra məmurları ilə iş;
-Yeni hüquqi şəxsin yaradılması;
-Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin hazırlanması;
-Yeni növ müqavilələrin şablonlarının tərtib edilməsi;
-Şirkət strukturlarının iş prosesi zamanı tətbiq etdiyi bütün növ müqavilələrin (mülki, əmək, xidməti, icarə xarakterli müqavilələrin) ekspertizasının həyata keçirilməsi, dəyişikliklərin aparılması.
İş şərtlərimiz:
-Əmək haqqı: 700 AZN;
-İş qrafiki: həftə içi 5 gün, saat 08:30 – 17:30;
-Şirkət hesabına korporativ nömrə;
-İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 47 dəq
-
15 saat, 27 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 15 saat, 36 dəq
- 15 saat, 37 dəq
- 15 saat, 39 dəq