Qablaşdırma şirkətinə mühasib tələb olunur

“AZ-PACK” MMC “Mühasib” vəzifəsi üzrə vakansiya elan edib.
Namizədə tələblər:
– Mühasib vəzifəsində 2 ilədək iş ştajı,
-Ali təhsil
– Yaş həddi 22 – 35
– Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
– Ünvan: Keşlə qəsəbəsi
-Əmək haqqı: 800-900 AZN.
İş barədə məlumat:
– Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
– Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
– Müqavilələrin redaktə edilməsi və düzəldilməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
-Bank əməliyyatlarının həyata keçirilməsi
– Ölkə daxili və xarici ödənişləri sərbəst etmə
– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– E-Qaimə fakturalarının və gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
– İşgüzar yazışmaların aparılması
– Ofis proqram bilikləri (xüsusilə Excell) və 1C mütləqdir
– Vergi Məcəlləsi bilikləri
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Şirkət rəhbərliyinə digər müvafiq maliyyə hesabatlarının hazırlanması
– Mal-material uçotunun aparılması
-Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması
– AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
– Əmək haqqı cədvəlinin tərtibi , hesablaması və ödənişləri
– Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00
– Korporativ mobil nömrə.
Email- [email protected]
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib ” qeyd edərək [email protected]z elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 4 gün, 3 saat, 6 dəq
- 4 gün, 8 saat, 47 dəq
- 4 gün, 8 saat, 51 dəq
- 4 gün, 8 saat, 57 dəq
- 5 gün, 8 saat, 13 dəq