PMD Projects “Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi” axtarır

PMD Projects MMC “Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
– Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
– Tikinti sahələrində yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğun olmasının təşkilində və həyata keçirilməsində iştirak etmək;
– İşlər bitdikdən sonra son yoxlama fəaliyyətinin həyata keçirilməsi və işlərin icrasından sonra nəzarət;
– Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirtmək;
– Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
– İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
– Tikinti sahələrində işlərin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
– Açılmış uyğunsuzluq hesabatlarında düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
– İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq;
– 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
– Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
– İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
– Vaxtaşırı ərazidə istehsalat prosesinə nəzarət etmək;
– Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
– Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
– Gələn yoxlama bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirtmək;
– Keyfiyyətlə bağlı iclasların təşkil edilməsi və aparılması;
– Yoxlama vərəqləri və KN üzrə zəruri sənədlərin hazırlanmasında və tərtibatında iştirak etmək;
– İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini araşdırmaq, onların aradan qaldırılması üzrə təkliflər və zəruri tədbirlərin işlənib hazırlanmasını tələb etmək.
Tələblər:
– Ali təhsil: Elektik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi
– İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
– Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis – yaxşı
– Kompüter bacarıqları: MS Office
Maraqlanan şəxslərdən CV – lərini vəzifə adı göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
6 saat, 8 dəq
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
17 saat, 27 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 18 saat, 15 dəq
- 19 saat, 58 dəq
- 23 saat, 48 dəq