PASHA Bank UX/UI dizayner axtarır

İşəgötürən: PASHA Bank
Vakansiya: UX/UI dizayner
Son tarix: 06 iyun 2022
İşiniz nədən ibarət olacaq?
-Müştəri tələbinə uyğun araşdırmaların planlanması və həyata keçirilməsi,
-Məhsul xüsusiyyətinə uyğun prototiplərin çəkilməsi və test edilməsi,
-Dəqiq araşdırmalar apararaq nəticələrə əsaslanan konsepsiya və detallı dizayn həllərin yaradılması,
-Müştərinin vahid dizayn konsepsiyası çərçivəsində üslub və mövqeyinin müəyyənləşdirilməsi,
-Agile məhsul komandası ilə kreativ, yararlı dizayn və məhsulun hazırlanması,
-Dizayn və inkişaf prosesləri üzrə biznes və brend tərəfdaşlarla birgə əməkdaşlıq,
-Məhsul sahibləri və komandaya rəqəmsal məhsulların qısa və uzun müddətli planlanması və inkişafında dəstək,
-Müştəri məhsulları üzrə dizayn ardıcıllığının və sabitliyinin qorunması məqsədilə şöbə daxili və digər komandalarla fəaliyyət göstərən dizaynerlərlə birlikdə problemlərin həll edilməsi.
Sizdən nə tələb olunur?
-Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılmasında 2 ildən artıq təcrübə
-Texnologiyalar vasitəsi ilə keyfiyyətli məhsul və biznes həllərin yaradılması üzrə təcrübə
-Rəqəmsal məhsulun çatdırılmasında E2E dizayn üzrə təcrübə
-İstifadəçilərin araşdırılması, prototiplərin hazırlanması, istifadəçi və A/B testlərin keçirilməsi üzrə biliklər
-Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Miro, Adobe Creative Suite və digər rəqəmsal dizayn platformalarından sərbəst istifadə bacarığı
-Minimum “İntermediate” səviyyəsində İngilis dili bacarığı
-Agile metodologiyası bilikləri əlavə üstünlükdür.
-İnterfeys, veb-sayt, mobil tətbiqetmələr və adaptiv dizayna aid təcrübə əlavə üstünlükdür.
Tələblərə cavab verən namizədlərdən müraciətləri 05.06.2022-ci il tarixinədək başlıq hissədə “UX/UI dizayner” qeyd edərək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
17 saat, 2 dəq
Bank Respublika ASC qeyri-kredit sahəsi üzrə auditor axtarır
- 17 saat, 4 dəq
- 17 saat, 6 dəq
- 17 saat, 8 dəq
- 17 saat, 10 dəq