One Construction planlama mühəndisi axtarır

Mühəndis


İşəgötürən: One Construction

Vakansiya: Planlama mühəndisi

Son tarix: 16 iyun 2023

Vəzifə öhdəlikləri:

-Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması)

-Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək; 

-Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;

-Xüsusi proqram vasitəsi ilə iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;

-Tender sənədlərinin hazırlanmasında iştirak etmək;

-Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;

-Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;

-İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;

-Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;

-Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;

-Pul axını üzrə analiz və proqnozların hazırlanması.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

-Cins: kişi

-Təhsil: Mühəndislik və ya aidiyyati sahə üzrə ali təhsil

-İş təcrübəsi: Planlama mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 3 illik təcrübə;

-Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti.

-Kompüter bacarıqları: MS Ofis proqramları, Layihə Planlama Proqramı – Ms.Project bilikləri,  Primavera üzrə biliklər üstünlükdür;

-Güclü analitik və məntiqi düşünmə bacarıqları;

İş şəraiti:

-İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi;

-İş rejimi: 6 günlük;

-Qidalanma, nəqliyyat servisi və korporativ nömrə ilə təmin olunma;

-Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “Planlama mühəndisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]