Mühasib tələb olunur

Mühasib

vergi


İş elanını dərc edən – Azimut LLC
Vakansiya – Mühasib
Vəzifə öhdəlikləri:
-Qaimələrin təqdim edilməsi.
-E-taxes.gov.az-da EQF-ların tərtib edilməsi və göndərilməsi,
-QRP(Qiymət Razılaşdırma Protokolu)-lərin və Hesab-Fakturaların tərtib edilməsi.
-Müqavilələrə müştəri məlumatlarının daxil edilməsi,
-Gələn qaimələrə nəzarət.
-Gələn qaimələrin düzgünlüyünün yoxlanılması,
-Gələn qaimələrin sənədlərinin(Akt, Hesab-Faktura və s.) gəlməsinə nəzarət edilməsi,
-Debitor və kreditor lara nəzarət.
-Müştəri tərəfindən bank hesabına daxil olan vəsaitin hesabatı,
-Təçhizatçılara ödənilmiş vəsaitin hesabatı,
-Logix proqramında məlumatların işlənilməsi.
İş şərtləri:
-Əmək haqqı 500 AZN .
-Sınaq müddəti ödənişlidir (3 ay),
-İş yeri: Bakı ş. mərkəzi – şirkətin ofisində,
-5 günlük iş qrafiki,
-Rəsmi iş qeydiyyatı,
-İş vaxtı 9.00 – 18.00,
-Aktiv və çalışqan, stresə davamlı, öyrənməyə həvəsli, inkişafa meyilli, işə ciddi yanaşan.
-İşçi heyəti ilə işləmək bacarığına malik olmalı,
-Yaş: 30 və 40 yaş arası,
-Müvafiq sahədə minimum 1 (il) il iş təcrübəsi;
İşə başlama tarixi və tələb olunan sənədlər paketi:
-İşə başlama tarixi – ilk gündən.
-Şəxsiyyət vəsiqəsinin sürəti.
-Ali təhsili təsdiq edən sənəd – diplomun kopyası.
-Tərcümeyi hal.
-Foto şəkil – 1 ədəd.
-Əmək kitabçası.
-Mühasibatlığın tələb edəcəyi digər sənədlər siyahısı əlavə olaraq bildiriləcək (olduğu halda).
-Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).
Vakansiyanın adını qeyd edib e-mail [email protected] adresinə göndərə bilərsiniz.

Şirkət haqqında
Ölkənin ən qabaqcıl rəqəmsal çap və istehsal imkanlarına malik Azimut Reklam şirkəti sürətli inkişaf edən korporativ təchizatçıdır. Fəaliyyət sahələrimiz – Ofset və Rəqəmsal çap, Daxili və Küçə reklamı, Promo hədiyyələr və Pərakəndə üçün POSM məhsulları əhatə edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]