Mühasib köməkçisi – Abşeron Tikinti Materialları Mərkəzi

İşəgötürən: Abşeron Tikinti Materialları Mərkəzi
Vakansiya: Mühasib köməkçisi
Son tarix: 09 iyun 2022
Öhdəliklər:
-Maliyyə hesabatlarının tərtib edilməsi;
-Daxil olan pul vəsaitlərinin uçotunun, mühasibat uçotu hesabatlarında onların hərəkətinin, xərclərinin, maliyyə və kredit əməliyyatlarının uçotunun təşkil edilməsi;
-Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsi;
-Aylıq və rüblük hesabatların tərtib edilməsi;
-Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
-Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
-Balans, avans hesabatının aparılmasını təmin etmək;
-Debitor və kreditor hesablaşmalarına ciddi nəzarət olunması;
-Online kargüzarlıq və e-qaime portallarından istifadə etmə bacarığı;
-Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
-İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
-Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
Namizədə tələblər:
-Dil biliyi: Azərbaycan və Rus dilində səlis danışıq.
-Təhsil: ali
-İş təcrübəsi: 1 il
-Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel)
Digər məlumatlar:
-Əmək haqqı : müsahibə əsasında;
-Ünvan: Bakı, Lökbatan qəs., Xocasən yolu 57;
-İş rejimi: 6 günlük.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində mühasib köməkçisi qeyd edərək göndərə bilərlər. Seçilmiş nümayəndələrlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 6 saat, 37 dəq
- 6 saat, 42 dəq
- 6 saat, 45 dəq
- 6 saat, 49 dəq
- 6 saat, 56 dəq