Mr.Fix şirkətinə “Kimya Mühəndisi” tələb olunur

Mühəndis


Mr.Fix şirkətində hal hazırda aktiv olan vakansiyanı nəzərinizə çatdırıram.

Vəzifə – Kimya Mühəndisi

Vəzifə üzrə Öhdəliklər:

1. İstehsalat sahəsində istifadə olunan kimyəvi məhsullar haqqında ətraflı şəkildə məlumatlı olmaq;
2. İstehsal üsulları, yan məhsulların emalı üçün birbaşa təsis əməliyyatlarını planlaşdırmaq və sınaqdan keçirmək;
3. İstehsal olunan bütün növ məhsulların kimyəvi göstəriciləri ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
4. İstehsal olunan bütün növ məhsulların fiziki-kimyəvi analiz göstəricilərinə nəzarət etmək;
5. Kimyəvi proseslərin dizaynını hazırlamaq və istehsal proseslərini kimyəvi tərəfdən təhlil etmək;
6. Böyük miqyaslı istehsal üçün məhsulların kimyəvi prinsiplərini dəqiq bilmək.

Namizədə tələblər:

1. Kimya Mühəndisliyi sahəsində ali təhsil;
2. Kimya mühəndisi olaraq 1 ildən artıq iş təcrübəsi;
3. Analitik düşünmə və problemləri zamanında həll etmə bacarığı;
4. Kimya mühəndisi olaraq mühəndislik prinsiplərinin əsasında yenilikləri tətbiq etmək bacarığı;
5. İngilis dilini əla səviyyədə bilməli.

Əlavə məlumat:

– Əmək haqqı razılaşma əsasında
– İş yeri – Binəqədi şossesi 7
Vəzifə üzrə uyğun namizədlər, zəhmət olmasa CV-lərinizi “Kimya Mühəndisi” başlığı ilə h[email protected] ünvanına göndərin

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]