MKT İstehsalat Kommersiya MMC mühəndis enegretik axtarır
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Mühəndis enegretik
Son tarix: 08 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Cəmiyyətin enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
-Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
-Elektrik dövriyyəsinin hesablanması;
-Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
-Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
-Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
-Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
-Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
-Müəssisədə işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək.
Tələblər:
-Müvafiq sahə üzrə ali təhsil;
-Müvafiq sahə üzrə minimum 5 il təcrübə
-İstənilən güclü yarım stansiyalarda təhlükəsiz və sərbəst işin aparılması üçün V ixtisas qrupu (TT, TİQ, YT və əməyin mühafizəsi üzrə)
-Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
-Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
-Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
-Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
-MS proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
-Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Beş günlük iş həftəsi
-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 ay, 2 həftə, 10 saat, 32 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 11 saat, 27 dəq
- 7 ay, 2 həftə, 3 gün, 13 saat, 20 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 5 dəq
-
11 ay, 3 gün, 3 saat, 36 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır