MKT İstehsalat Kommersiya MMC gənc energetik axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Gənc Energetik
Son tarix: 25 iyun 2022
Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab üzrə.
Vəzifə öhdəlikləri:
Gənc energetik çalışdığı bölgə üzrə baş energetiklərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
-Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
-Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
-Elektrik dövriyyəsinin hesablanması;
-Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri;
-Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının düzgün istifadəsi və istismarı.
Tələblər:
-Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
-Müvafiq sahə üzrə ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və digər);
-Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
-Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Altı günlük iş həftəsi
-İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab, Mingəçevir
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 gün, 15 saat, 34 dəq
- 2 gün, 21 saat, 15 dəq
- 2 gün, 21 saat, 19 dəq
- 2 gün, 21 saat, 25 dəq
- 3 gün, 20 saat, 41 dəq