Mətanət A “Marketinq Departamentinin direktoru” axtarır

“Mətanət A” şirkəti Marketinq Departamentinin direktoru vakansiyasını elan edir
İşin təsviri:
– Zəruri qısa və uzunmüddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyə etmək; direktivləri tətbiq etmək;
– Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək, təşviqat kampaniyasını istiqamətləndirmək;
– İstehsalın və məhsulun reallaşdırılmasının perspektiv və cari planlarının tərtibində, yeni satış bazarlarının və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində Marketinq Departamentinin iştirakını təmin etmək;
– Müvafiq departament və şöbələrlə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcəsinin hazırlanmasında iştirak;
– Xüsusi müştəri xidmətləri proqramını təşkil və inkişaf etdirərək müştərilərlə əlaqəni təmin etmək;
– Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək;
– Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;
-İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək;
– Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək;
– İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək;
– İşçilərin planlaşdırılması və təyin olunması ilə Marketinq Departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək;
– Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək;
– Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək;
– Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmalar aparmaq;
– Araşdırmaların aparılması üçün iş planları və proqramları hazırlamaq;
İş şəraiti:
– İş saatı: 09-00-dan 18-00-dək;
– İş günü: Həftənin 5 günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
– Təhsil: Marketinq, iqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
– Yaş həddi: 28-45;
– İş təcrübəsi: Marketinq sahəsində minimum 5 il, o cümlədən idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
– Kompüter biliyi: Word, Excell, Power Point, Internet;
– Dillər: Azərbaycan və Rus dili əla səviyyədə, İngilis dili arzulolunandır.
Şəxsi keyfiyyətləri:
– Fikrini izah etmək qabliyyəti;
– İşə planlı yanaşması;
– Ünsiyyət yaratmaq bacarığı;
– Fəal olması;
Əlavə şərtlər:
– Ezamiyyət imkanları;
– Sürücülük vəsiqəsi;
-Xarici pasport.
Əlavə tələblər:
– Analitik düşünmə və analiz qabiliyyətinin olması, hr dəqiq və dürüst olması tələb olunur.
Namizədlərin [email protected] E-mail ünvanına ” Marketinq Departamentinin direktoru ” başlığı ilə CV-lərini göndərməsi xahiş olunur.
Vakansiyalar
-
6 saat, 10 dəq
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
17 saat, 29 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 18 saat, 17 dəq
- 20 saat
- 23 saat, 50 dəq