“Mətanət A” “Aparıcı hüquqşünas” axtarır

Hüquqşünas

metaneta vakansiya


“Mətanət A” şirkəti “Aparıcı hüquqşünas” vakansiyası elan edir.

 Tələblər:

– Təhsil: Ali (hüquq sahəsi üzrə)

– İş təcrübəsi: müvafiq sahə üzrə ən azı 3 il

– Yaş həddi: 20-45 yaş

– Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)

– Kompüter bilikləri: Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı.

Şəxsi keyfiyyətləri:

– İşə planlı yanaşmaq bacarığı;

– Yüksək ünsiyyət bacarığı;

– Təmkinlilik, etibarlılıq, özünə inamlı;

– Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

– Yalnız kişi namizədlər

Vəzifələr:

– Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi,

– Əmtəə nişanlarının qeydiyyata alınması və müddətinin uzadılması,

– Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanıb təqdim edilməsi,

– Məhkəmədə və digər dövlət orqanlarında şirkətin maraqlarının qorunması və təmsili,

– Etibarnamələrin hazırlanması,

– Notarius işlərinin təşkili və sənədlərin təsdiqi,

– Təsis sənədlərində dəyişikliklərin qeydiyyata alınması ilə bağlı işlərin icrası,

– Viza və miqrasiya məsələlərinin təşkili,

– Daxil olan sorğuların cavablandırılması,

– Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərinin qanunvericilik çərçivəsində həlli,

– Əməklə bağlı mübahisələrə və əmək müqavilələrinin təyinatına aid konsultasiya dəstəyini vermək.

– Mülki, Mülki – prosessual, cinayət, cinayət-prosessual, inzibati xətalar, əmək qanunvericiliyi ilə işləməyi bacarmaq.

İş şəraiti:

– İş saatı: 09-00-dan 18-00-dək;

– İstirahət: şənbə və bazar günü.

– Korporativ telefon nömrəsi və nahar ilə təmin edilir.

– Əmək haqqı razılaşma əsasında olacaq.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərə bilər.


©️ 2022

070 231 45 70

[email protected]