Memar tələb olunur

İşəgötürən – AS İnşaat MMC
Yerinə yetirəcəyi işlər:
Obektlərin 3D modelini, vizual təsvirləri hazırlamaq
Layihə işlərində binanın fasad və memarlıq elementlərində işıq efektlərindən istifadənin vizual təsvirlərini;
Obyektlərin səhnədə düzülüşü və kompozisiyasını.
Vizual təsvirləri komplektləşdirir və müvafiq qaydada sənədləşdirir;
Sifarişçinin layihələndirilən obyektlərə aid tələblərin öyrənilməsini, layihələndirilmənin təşkil olunmasına dair texniki imkanlarını;
Vizual təsvirlərin hazırlanmasının müxtəlif mərhələlərinə aid zəruri elmi-texniki məlumatların seçilməsi və analiz edilməsi;
Hazırlanmış memarlıq elementlərinin estetik səviyyəsinin qiymətləndirilməsi üçün yerli və xarici anoloji layihələrlə müqayisəli analizlərinin aparılması;
Bilməlidir:
Layihələndirilən obyektlərə olan texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
Şəhərsalma və memarlıq elementlərinin həllinin həyata keçirilməsinin regional və yerli, eləcə də, ekoloji, iqtisadi, sosial və digər şərtlərini və xüsusiyyətlərini;
Layihələndirmə, tikinti dizaynının qabaqcıl yerli və xarıcı təcrübəsini;
Memarlıq sahəsində dövlət nəzarəti orqanlarının qərar, sərəncam və əmrlərini, obyektlərin layihələndirməsi, tikintisi və istismara verilməsi ilə bağlı metodiki, normativ və rəhbəredici materialları;
Tələblər:
Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
Müvafiq sahə üzrə 2 ildən yuxarı iş təcrübəsi.
Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
Revit, Microsoft Office, AutoCad,
İş şəraiti:
Əmək haqqı 2000 AZN
İş rejimi 5 günlük
İşçi naharla və telefon danışıq limiti ilə təmin edilir.
CV-ləri “Memar” başlığı ilə [email protected] adresinə göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 1 gün, 9 saat, 10 dəq
-
1 ay, 3 həftə, 6 gün, 4 saat, 41 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 12 saat, 39 dəq
- 2 ay, 4 gün, 12 saat, 29 dəq
- 2 ay, 4 gün, 12 saat, 32 dəq