Melissa Group əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis axtarır
İşəgötürən: Melissa Group
Vakansiya: Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
Son tarix: 18 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir
-İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir
-İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
-İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir
-Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir
-Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir
-İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir
-Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir
-Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir
-İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir
-İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir
-Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır
-Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis nəzarət etməlidir
-Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etməlidir
-Əməyin mühafizəsi üçün norma, qayda və təlimatları yerinə yetirməlidir
-Səsküyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsini qrafik üzrə aparılmalıdır
-Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etməlidir
-Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir
-İş yerində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etməlidir
-İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir
-İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir
-İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə nəzarət etməlidir
-Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsini təşkil etməlidir.
Vəzifə ilə bağlı tələblər:
-Müvafiq vəzifədə 1-3 il iş stajjı
-Müvafiq ali texniki təhsil
-Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu
-Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi
-Planlama, analiz və idarəetmə bacarığı;
-MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
Əlavə məlumat:
-Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
-İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
CV-lərinizi [email protected] ünvanına “sətəm” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Vakansiyalar
-
12 saat, 37 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
3 gün, 18 saat, 26 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
5 gün, 17 saat, 18 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 5 gün, 17 saat, 52 dəq
- 6 gün, 11 saat, 58 dəq