Maqno-Met mühasib axtarır

İşəgötürən: Maqno-Met
Vakansiya: Mühasib
Son tarix: 01 iyul 2023
Vəzifə haqqında məlumat.
Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsi, mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
Vəzifə öhdəliyi:
-Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qayimələri, aktları tərtib edir;
-İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır;
-Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılması;
-Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
-Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
-Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
-Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
-Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;
-İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
-Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
-Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
-Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
-Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir.
Tələblər:
-Ali təhsil (İqtisadiyyat, Mühasibat uçotu, Maliyyə )
-ACCA (Mühasibat uçotu) sertifikatı arzu olunandır
-Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə işləmək bacarığı
-Dil biliyi: Azərbaycan dili və Rus dili
-Sahə üzrə 3 il iş təcrübəsi
-Analitik düşünmə və problemləri həll etmə bacarığı;
-Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
-AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
-MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
-Məntiqi analiz qabiliyyəti yüksək olmalı;
-Dürüst və vicdanlı olmalı;
-Yalnız xanım namizədlərə üstünlük veriləcək.
-Sumqayıt şəhəri və yaxınlığında qalan namizədlər CV-lərini təqdim etsinlər.
Təminatlar:
-Əmək haqqı: 1000 – 1200 AZN
-İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00. Şənbə günü qısa iş günüdür
-Nahar və nəqliyyat müəssisə tərəfindən təmin olunur.
-Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
-Ünvan: Sumqayıt şəhəri
Vakansiyaya uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilər.
Əlaqədar şəxs: Səidə Ağayeva WhatsApp 050-268-45-95
Vakansiyalar
- 6 saat, 30 dəq
- 7 saat, 16 dəq
- 7 saat, 54 dəq
- 8 saat, 41 dəq
- 8 saat, 42 dəq