Legno Group mühasib axtarır

Mühasib


İşəgötürən: Legno Group

Vakansiya: Mühasib

Son tarix: 27 noyabr 2022

Vəzifə Öhdəlikləri:

-Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi.

-Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.

-Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi.

-Satışı analiz edərək müdiriyyətə təkliflər vermək.

-Kreditorlar və debitorlarla üzləşmələrin aparılması

-Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi

-Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək

-Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

-Şirkətin direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Tələblər:

-Yalnız xanım namizədlərin CV-sinə baxılacaqdır.

-Təhsil :  İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə kredit sahəsində ali təhsilÖzünü ifadə etmə bacarığı

-Kompüter bilikləri: Ms Office

-E-taxes.gov.az və BTP-də işləmək bacarığı

-Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti

-Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.

-Ən az 3 il mühasib təcrübəsi olan namizədlərə üstünlük verilir.

-Yaş: 27 – 40 yaş

Biz Sizə Nə Təklif Edirik:

-AR Əmək Məcəlləsinə uyğun sənədləşmə

-Həftənin 6 günü iş rejimi (10:00-19:00)

-Karyerada yüksəliş imkanı 

-Maaş təcrübə əsasında 

NOT: Fotoşəkilsiz CV göndərən namizədlər görüşə çağrılmayacaqdır. CV-lərinizi yalnız [email protected] mail ünvanına mövzu qismində “Mühasib” yazaraq göndərməyiniz xahiş olunur. CV-də maaş skalanızı qeyd etməyiniz xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]