Kristal Abşeron yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə mühəndis axtarır

İşəgötürən: Kristal Abşeron
Vakansiya: Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis
Son tarix: 16 sentyabr 2022
Tələblər:
-Ali texniki təhsil;
-Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
-Autocad, Ofis Proqramları (Excel Word);
-Azərbaycan dili mükəmməl, Rus dili və İngilis dili arzuolunandır;
-Sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil;
-Kollektivdə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
-Layihənin sahəyə uyğun olduğuna nəzarət etmək, layihə üzrə smetanın tərtib olunması, podratçılardan təkliflərin alınaraq analizlər edilib aidiyyatı üzrə rəhbərə təqdim etmək;
-Yanğın xəbərvermə sistemlərinin quraşdırılması, təmiri,servisi (tüstü və isti detektorları, yanğın nəzarət panelləri və s.) zamanı podratçıların işlərinin təhvil alınması və smetaya uyğun olaraq bu iş həcmlərinə nəzarət;
-Yanğın siqnalizasiya sisteminin quraşdırılması və proqramlaşdırılması sahəsində ən az 1 il təcrübə;
-Mütəmadi olaraq yaşayış binalarında siqnalizasiya sistemlərinə (avtomatik yanğın söndürmə, siqnalizasiya, tüstüsovurma) texniki baxış;
-Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan yanğına nəzarət əməkdaşlarına yaşayış binaların siqnalizasiya sistemlərinin təhvil-təslim və test mərhələlərində yaxından iştirak etmək və təhvil-təslim aktlarının hazırlanması;
-Rəhbərliyin tapşırıqlarını və göstərişlərini yerinə yetirmək, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim etmək
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın xəbərdarlıq sistemləri (Siqnalizasiya, Tüstüsovurma, Avtomatik Sprinkler) üzrə Mühəndis” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 gün, 3 saat, 18 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 6 saat, 17 dəq
-
2 gün, 6 saat, 18 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 6 saat, 21 dəq
- 2 gün, 6 saat, 23 dəq