Kristal Abşeron SƏTƏM üzrə mühəndis axtarır
İşəgötürən: Kristal Abşeron
Vakansiya: SƏTƏM üzrə mühəndis
Son tarix: 19 iyul 2023
Vəzifə öhdəlikləri:
-Tikintidə əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
-Tikinti sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
-Tikintidə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
-İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
-SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
-İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
-Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
-Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
-Ali təhsil;
-SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
-Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
-Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
-Stressə davamlı, məsuliyyətli və intizamlı.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Şamaxı;
-Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “SƏTƏM üzrə mühəndis” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 6 saat, 47 dəq
-
7 saat, 21 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?
- 13 saat, 45 dəq
-
3 gün, 8 saat, 41 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 3 gün, 17 saat, 17 dəq