“Kristal Abşeron” işçilər axtarır (Bakı, Gürcüstan)
Kristal Abşeron aşağıdakı vakansiyalar üzrə namizəd qəbulunu elan edir.
Uyğun olduğunuz vakansiyalar üzrə [email protected] ünvanına müraciət edə bilərsiniz.
1. Vakansiya – Satınalma üzrə mütəxəssis (Gürcüstan)
Tələblər:
Ali təhsil;
-Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi;
-Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-Güclü ünsiyyət və danışıq qabiliyyəti;
-Azərbaycan dili və Rus dilini mükəmməl bilməli, İngilis dili (arzuolunandır);
-Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
-Yaradılmış sifariş formalarının analizi;
-Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
-Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Gürcüstan Respublikası
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail [email protected] vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis (Gürcüstan)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
2. Vakansiya – Mühasib (Gürcüstan)
Tələblər:
-Ali təhsil;
-1C proqramında işləməyi bilməli;
-Analoji sahədə 1-2 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır);
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
-Azərbaycan dilini və Rus dilini mükəmməl bilməli;
-Komandada işləmək bacarığı;
-Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
-Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Vəzifə öhdəlikləri:
-İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək;
-Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
-Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
-Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uyğun uçotunu təmin etmək;
-Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
-Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
-Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
-Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
-Maliyyə hesabatlarının hazırlanması.(Balans, Mənfəət və Zərər, Pul) vəsaitlərinin hərəkəti haqqında hesabat və s;
-Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək;
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Gürcüstan Respublikası
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail [email protected] vasitəsilə mövzu yerinə “Mühasib (Gürcüstan)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
3. Vakansiya – Mühəndis
Tələblər:
-Ali təhsil (İnşaat mühəndisliyi);
-Azərbaycan dili mükəmməl, rus dili arzuolunandır;
-Müvafiq sahə üzrə 2-3 illik iş təcrübəsi;
-Microsoft Office (Word, Excel, Power Point, Outlook);
-Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
-Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
-Detallara diqqətli yanaşmaq.
Vəzifə öhdəlikləri:
-Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
-Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
-Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkilini edir və material sərfiyyatında normativdən kənarlaşmamasına nəzarət edir;
-Təyin edilmiş obyektdə (ərazidə) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
-Tikinti işlərin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
-Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək və onlara iş təlimatını keçmək;
-Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail [email protected] vasitəsilə mövzu yerinə “Mühəndis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
4. Vakansiya – Memar
Tələblər:
-Memarlıq üzrə ali təhsil;
-Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
-Müasir tikinti norma və qaydalarını, texnologiyalarını, tikinti materialların xüsusiyyətlərini və növlərini bilmə bacarığı;
-MS Office (Word, Excel), Autocad, ArchiCAD proqramlarında işləməyi bilməli;
-Azərbaycan dilini mükəmməl bilməli, Rus dili bilməsi arzuolunandır.
Vəzifələr:
-Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
-Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
-Hüquqi qaydaları nəzərdən keçirtmək;
Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin dizayn və hesablanması ilə bağlı mühəndislə əlaqə saxlamaq;
Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq;
-Sxemlərin, maketlərin və kompüter modellərinin hazırlanmasına nəzarət etmək və yoxlamaq;
Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək:
-Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşmək;
-Təlimatlar, hesablamalar, tikinti və inşaatın konkret planlaşdırılması, heyətlə bağlı texnikləri yönləndirmək;
-Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;
-Təkliflərin hazırlanması, onların qiymətləndirilməsi, eləcə də müqavilələrin icra olunmasını təşkil etmək;
-Razılaşdırılmış və müəyyən edilmiş keyfiyyətə təminat normalarına uyğun olaraq nəzarət və qiymətləndirmə sistemlərini yaratmaq;
-Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanmasını təmin etmək məqsədilə tikinti və inşaat işlərinin keyfiyyətini monitorinq etmək və qeydə almaq;
-Yeni sistemin icrası və onun mövcud struktur və layihələrə inteqrasiyası ilə bağlı podratçılar, sifarişçilər, səlahiyyətli şəxslər və yardımçı heyətlə müzakirələr və məsləhətləşmələr aparmaq.
İş şəraiti:
-6 günlük iş qrafiki;
-Bakı, Hüseynbala Əliyev 32/24
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail [email protected] vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
5. Anbadar (Təcrübəçi)
Tələblər:
-Ali təhsil;
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
-Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
-Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
-Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
-Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
-Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
-Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı şəhəri
-Əmək haqqı: 300 AZN
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail [email protected]z vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanların bitmə tarixi 26.10.2022
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 11 saat, 38 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 33 dəq
- 7 ay, 3 həftə, 14 saat, 26 dəq
- 10 ay, 3 həftə, 5 gün, 9 saat, 11 dəq
-
11 ay, 1 həftə, 4 saat, 42 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır