Anbardar – (Zirə)

Anbardar


Işəgötürən – Buta Group

Vakansiya haqqında:

İş yeri: Zirə

İş saatı : Həftəlik 40 saat olmaqla

Əmək haqqı: 700-800 azn

Funksiyalar:

Yüklərin və poçtun anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etməkdir;

İxrac anbarında olan yüklərin siyahısını tərtib etmək;

İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;

Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;

Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;

Yükün göndərilməsi barədə kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;

Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;

İdxal anbarına yükləri təhvil almaq, yükləri yükalana təhvil vermək;

Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;

Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;

Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;

Yükün tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli yüklər üzrə inspektoru, sanitar-karantin xidmətinin inspektorunu yükün qəbuluna cəlb etmək;

«Təhlükəli yüklər»in, onlar üçün ayrılmış xüsusi şərəiti olan anbara yerləşdirilməsini təmin etmək;

Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;

 İdxal anbarına qəbul edilmiş yüklərə aid müştəri xidmətləri şöbəsinin  məlumat üzrə operatoruna vermək;

Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;

Zəruri şərtlər

Təhsili: Orta, Ali

İş təcrübəsi: Müvafiq sahədə 2 il 

Kompüter biliyi: MS Office proqramları

Şəxsi keyfiyyətlər:

Fərdi və ya qrup (komanda) halında işləmək bacarığı; 

Vaxtın idarə edilməsi; 

Gərgin şəraitdə işləmək bacarığı;

Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

Yüksək ünsiyyət qurma bacarığı;

Yaradıcı və analitik təhliletmə bacarığı;

Məntiqli və sistemli düşünmək bacarığı; 

Məxfilik və gizlilik prinsiplərini gözləmək bacarığı;

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi    [email protected]   e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Anbardar (Zirə)” qeyd etməyi unutmayın.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]