Şirkətə kiçik anbardar tələb olunur

Anbardar

anbardar 1


İşəgötürən: Agro Dairy

Vakansiya: Kiçik anbardar

Son tarix: 28 aprel 2022

İş üzrə tələblər:

-Anbar ehtiyatlarının yerləşdirilməsi üzrə sifarişləri toplamaqla, sorğuları çap etməklə, qəbul edilmiş yaxud paylanılmış mal və ya materialların miqdarını kompüter vasitəsilə qeydə almaqla mal ehtiyatlarının uçotunu aparır.

-Mövcud mal ehtiyatlarını sayır.

-Sorğuları və təchizat sifarişlərini işləməklə; materialları çıxarmaqla; qutuları qablaşdırmaqla; sifarişləri çatdırılma zonasında yerləşdirməklə sifarişləri hazır vəziyyətə gətirir.

-Yük maşınlarının yüklənilməsi, qəbul edilməsi, boşaldılması və inventarın yoxlanılması işlərinə yardım edir.

Tələb olunan bilik və bacarıqlar: 

-Ali təhsili olanlara üstünlük verilir.

-Daha öncə Anbar sahəsində çalışmış namizədlərə üstünlük veriləcəkdir, həmçinin təcrübəsi olmayan uyğun namizədlərə də baxılacaqdır.

-Gəncə, Samux və Tovuz bölgələrində yaşayan namizedlere üstünlük verilir. 

-Microsoft Office və məlumat daxiletmə proqramlarını bilmək. 

Əlavə məlumat:

İş yeri – Tovuz və Samux

Tabe olduğu şəxs – Anbar Koordinatoru

Şirkət tərəfindən işçilər nəqliyyat xidmətləri, nahar və sığorta ilə təmin olunur.

Göstərilən tələblərə uyğun namizədlər elektron məktubun mövzu hissəsində “Kiçik Anbardar” qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]