Anbardar tələb olunur
İşəgötürən – Kristal Abşeron
Vəzifə öhdəlikləri:
Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
Anbara gələn sifarişlərin mövcüd olub olmamasını yoxlayır, daxil olan mal və yükləri qeydiyyata alır və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparır;
Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsi məlumatlandırır;
Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət edir;
Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal məlumat verir;
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
Mal – materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
Rəhbərin digər tapşırıqlarını yerinə yetirir.
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə tikinti sahəsində minimum 2 il iş təcrübəsi;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Rizayi bilikləri;
Mükəmməl səviyyədə Azərbaycan dili, Rus dili arzuolunandır;
Komandada işləmək bacarığı.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “Anbardar” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 4 gün, 7 saat, 27 dəq
-
5 gün, 7 saat, 33 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
- 2 həftə, 2 gün, 2 saat, 21 dəq
-
1 ay, 2 həftə, 6 gün, 4 saat, 52 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 1 ay, 3 həftə, 5 saat, 13 dəq