Anbar üzrə köməkçi tələb olunur

Anbardar


İşəgötürən – Excelsior Hotel & SPA Baku

İş saatları:Həftəlik 40 saat, 1 saat nahar fasiləsi

Əsas öhdəliklər:

Malların qəbul olunması, saxlanması və təqdim olunması funksiyalarına nəzarət etmək 

Otel və onun iş fəaliyyəti üzrə bütün müvafiq ehtiyatların təsdiqlənməsi

İşlərin ardıcıl olaraq davam etməsi üçün ehtiyatların minimum və ya maksimum səviyyəsini müəyyən etmək

Anbarda saxlanılan bütün məhsulların aylıq yoxlanışını həyata keçirmək

Sifariş vermiş şöbəyə alışın gecikdirilməsi dövründə “minimumdan aşağı” məhsulların göndərilməsini tənzimləmək

Məhsulların saxlanması və təqdim edilməsi üçün F.I.F.O. tətbiq etmək 

Bütün qida və içki məhsullarının istifadə müddətinin başa çatıb-çatmamağını yoxlamaq

Az istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq

Bu vəzifənin məqsədlərinə nail olmaq üçün Şirkətin tətbiq etdiyi siyasətə müvafiq olaraq bütün vəzifələri və öhdəlikləri müvəffəqiyyətlə və vaxtında həyata keçirmək 

Bütün malların optimal şəraitdə saxlanılmasının və təslim etmə üçün hazır olmasının təmin edilməsi.

Çatışmayan malın kodunu, nömrəsini, adını, təslim etmə vahidini və minimum və maksimum ehtiyat həcmlərini müəyyən edilməsi.

Departamentlərdə az istifadə olunan, xarab olan  malların siyahsını hazırlayır və bu kimi halların qarşısını almaq üçün təkliflər irəli sürür.

Satınalma qiymətlərində yaranan artımlar barəsində rəhbərliyi məlumatlandırmaq və yarana biləcək ziyanın qarşısını almaq üçün təkliflər hazırlamaq

Ayda bir dəfə tərəzilərin yoxlanılması

Ayda bir dəfə qiymət bazarının araşdırılması

Xaricdən mədaxil olunan malların gömrük rəsmləşdirilməsi xərclərinin hesablanması və gömrük rəsmləşdirilməsi 

Bilik və bacarıqlar:

Anbar və ya Maliyyə sahəsində təcrübə arzuolunandır

Maliyyə üzrə təhsil

Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək

İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq

Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək

Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı proseslərə uyğun reaksiya vermək 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “ Anbar üzrə köməkçi” adını mövzu hissəsində qeyd etməklə,  CV formalarını 1 Sentyabr 2023 tarixinədək   [email protected]   adresinə yönləndirə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]