Keproshop anbardar axtarır

Vəzifə öhdəlikləri:
Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
Anbara gələn sifarişlərin mövcüd olub olmamasını yoxlayır, daxil olan mal və yükləri qeydiyyata alır və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparır;
Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsi məlumatlandırır;
Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət edir;
Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal məlumat verir;
Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
Mal – materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
Rəhbərin digər tapşırıqlarını yerinə yetirir.
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Rizayi bilikləri;
Mükəmməl səviyyədə Azərbaycan dili, Rus dili arzuolunandır;
Komandada işləmək bacarığı.
İş şəraiti:
5 günlük iş qrafiki, iş saatları həftə içi saat 9:30-18:30 ;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı 550 AZN.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “Anbardar” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 2 həftə, 6 gün, 20 saat, 27 dəq
-
2 ay, 1 gün, 15 saat, 58 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 5 gün, 23 saat, 56 dəq
- 2 ay, 1 həftə, 2 gün, 23 saat, 46 dəq
- 2 ay, 1 həftə, 2 gün, 23 saat, 49 dəq