Kristal Abşeron inşaat mühəndisi axtarır (Fit-out üzrə)
İşəgötürən: Kristal Abşeron
Vakansiya: İnşaat mühəndisi (Fit-out üzrə)
Son tarix: 16 iyun 2023
Vəzifə öhdəlikləri:
-Məsul olduğu tikinti layihəsinin sənədlərə uyğun tikintisini icra etmək və zəruri aktları hazırlayıb imzalamaq;
-Alçipan ara bölmə, alçipan tavan, seramik bitiş materiallarının yerində icra ardıcıllıqlarını və texnoloji həllərini bilmək və icra etmək;
-İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək;
-Podratçı təşkilat və ustaların ümumi iş qrafikinə görə işlərinin təşkili, material və texnika ilə təmin etmək;
-Sahədə layihə çizgilərini incələmək və yoxlanmasını təmin etmək;
-Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
Tələblər:
– Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)
– Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
– Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
-Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
-Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
-Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
-(DK,MK,MH,MEP,XSK,və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır)
İş şəraiti:
-6 günlük iş qrafiki;
-İş yeri: Bakı şəhəri və Şuşa rayonu;
-Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnşaat mühəndisi (Fit-out üzrə)” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 18 saat, 24 dəq
- 1 gün, 20 saat, 2 dəq
- 2 gün, 21 saat, 21 dəq
- 3 gün, 1 saat, 18 dəq
-
3 gün, 1 saat, 52 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?