Kontakt Home marketinq direktoru axtarır

Direktor/Sədr


İşəgötürən: Kontakt Home

Vakansiya: Marketinq Direktoru

Son tarix 18 avqust 2022

“Kontakt Home” mağazalar şəbəkəsi Kontakt Kosmetika departamentinə Marketinq Direktoru vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

-Ümumi marketinq strategiyasının qurulması, planlaşdırılması və həyata keçirilməsi;

-Mövcud strategiyanın idarə edilməsi;

-Komandanın idarə edilməsi və təlimləndirilməsi;

-Ən son texnologiya və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və innovativ həllər üzərində işlənilməsi;

-Fərqli marketinq kanallarının idarə və nəzarət edilməsi;

-ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;

-Marketinq büdcəsinin idarə edilməsi;

-Rəqiblərin analizi, meyarlarının araşdırılmasi və inkişaf üçün təkliflərin verilməsi;

-Müştəri məmnuniyyətini artırmaq üçün məhsul, dizayn və satış direktorları ilə əlaqələrin qurulması;

-Hədəflərə çatmaq üçün marketinq komandasının motivasiya edilməsi.

Tələblər:

-Ali təhsil;

-Marketinq Direktoru/Şöbə rəhbəri kimi ən azı 2 il təcrübə;

-Səlis Azərbaycan dili, Rus və İngilis dilləri biliyi orta səviyyədə;

-Kompüter bilikləri (MS Office);

-Marketinq strategiyalarının hazırlanmasında və həyata keçirilməsində 2 il təcrübə;

-Fərqli marketinq kanalları üzrə dərin biliklər;

-Tənqidi düşünmək və problem həll etmə bacarığı;

-Bütün mövcud marketinq kanallarının necə işlədiyini güclü şəkildə başa düşmək bacarığı;

-Mükəmməl analitik və layihə idarəetmə bacarığı;

-Güclü komanda rəhbərliyi, ünsiyyət (yazılı və şifahi) və vaxt idarəetmə bacarığı;

-Startup təcrübəsi arzu olunandır;

-Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.

İş şəraiti:

-İş günləri: I-V günlər;

-İş saatı: 09:00-18:00;

-Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]