IT üzrə Texnik tələb olunur

İşəgötürən – Sinteks Group of Companies
Sinteks Şirkətlər qrupuna hal hazırda IT üzrə Texnik tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin mərkəzi video\audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinə texniki dəstəyin göstərilməsidir.
Vəzifə öhdəlikləri:
Video müşahidə, audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemləri və avadanlıqları montaj edir, yaranmış nasazlıqları aradan qaldırır.
Şirkətin obyektlərində video, audio və analog kamera kabellərin çəkilişini, patch panellərin montajı və rack sistemlərinin yığılmasını icra edir.
Nəzarət programlarını yazır və konfigurasiya edir.
Daxil olan sorğuları cavablayır və icra edir.
Əsas tələblər:
Təhsil:
IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır
Təcrübə:
Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi
Professional biliklər:
İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər
Hikvision, Dahua , Vivotek və s. İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər
Audio avadanlıqların quraşdırılması və sazlanması
Patch Panel və Rack sistemlərinin yığılması
VAST Software haqqında baza biliklər
Şəbəkə avadanlığının tənzimlənməsi
Professional bacarıqlar və kompetensiyalar:
Problem həlletmə
Zamanın idarəolunması
Çeviklik
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “IT üzrə Texnik” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 gün, 9 saat, 53 dəq
- 2 gün, 9 saat, 56 dəq
- 3 gün, 3 saat, 11 dəq
- 3 gün, 3 saat, 53 dəq
- 3 gün, 3 saat, 55 dəq