İstehsalçı şirkətə anbar üzrə nəzarətçi tələb olunur

Anbardar


İşəgötürən – Mars Overseas Baku

Vəzifə – Anbar üzrə nəzarətçi

İş yeri: Qəbələ

İşin təsviri:

-Anbarlarda gecə növbəsində məhsulların düzgün yüklənməsinə nəzarət etmək

-Yükləmədən sonra nəqliyyat vasitələrinin bağlanmasına nəzarət etmək

-Mütəmadi olaraq risk görünən zaman anbarda sayım etmək

-Bütün yükləmə vərəqlərini say və çeşidlərə uyğun yoxlamaq

-Yükləmə edilən nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq

Tələblər:

-Təhsil – Ali və ya orta ixtisas

-Anbar üzrə minimum 6 ay təcrübə

-MS Office proqramlarından istifadə bacarığı

İş şərtləri:

-İş qrafiki – gündüz növbəsi

-İş rejimi – Həftənin 6 günü

-Tibbi sığorta təminatı

-Peşəkar təlimçilər tərəfindən təlimlər

Müraciət üçün e-mail adresinə [email protected]  CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Anbar üzrə nəzarətçi – Qəbələ” başlığını qeyd etməyiniz vacibdir.

Elanın bitmə tarixi – 13.11.2022

Şirkət haqqında

Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.

Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.

Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.

“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]