İstehsalat mühəndisi axtarılır
İşəgötürən – ALCO MMC
Vakansiya – İstehsalat mühəndisi
Tələblər:
-Əlaqədar ixtisas üzrə Ali təhsil (Bakı Ali Neft Məktəbi və ya Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil arzuolunandır);
-Əlaqədar sahədə yüksək biliklərə sahib olmalıdır;
-Azərbaycan, İngilis dili və Rus dillərini bilməlidir;
-Texnoloji proseslərə aid metodiki və normativ materiallar üzrə biliklərə malik olmalıdır;
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.
Vəzifə funksiyaları:
-Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək; avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
-İstehsal ediləcək məhsulların normalarının işlənib hazırlanması və avtomatlaşdırılmış istehsal prosesini təşkil etmək;
-Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanmasına, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
-Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsində, avadanlıqların sınaqdan keçirilməsində, bina və qurğuların yenidən qurulmasında iştirak etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək;
-Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək;
-Vəzifəsindən irəli gələn digər işləri həll etmək.
İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu
Maaş: 900-1000 AZN
CV-lərinizi müraciət et bölməsində qeyd olunan e- mail [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Tel: 0125056810
Tel: 0125056811
Elanın son tarixi -07.11.2022
Vakansiyalar
-
6 saat, 45 dəq
SweetySpin login w Polsce – krok po kroku, bonusy i bezpieczeństwo
- 6 saat, 45 dəq
-
6 saat, 45 dəq
Roulettino – recenzja kasyna, bonus powitalny, metody płatności i aplikacja mobilna
-
6 saat, 45 dəq
Realz Casino PL – bonus powitalny, warunki obrotu i szczegóły
-
6 saat, 45 dəq
Chicken Road Game Account Verification Guide for Filipino Players