İri avtomobil şirkəti Hüquqşünas axtarır
İşəgötürən: Auto Azerbaijan
Vakansiya: Hüquqşünas
Son tarix: 16 mart 2022
Vəzifə öhdəlikləri:
Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
-Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi
-Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi
-Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi
-Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli
-Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması
-Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması
-Məhkəmədə və digər dövlət orqanlarında şirkətin hüquqi nümayəndəsi kimi təmsilçilik
-Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.
Tələblər:
-Ali hüquq təhsili;
-Korporativ hüquq sahəsində 3-5 illik iş təcrübəsi;
-Xarici dil biliyi ( İngilis, Rus)
-Analitik düşüncə qabiliyyəti
-Qərar vermə
Əmək şəraiti:
-İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
-6 günlük iş rejimi;
-Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi “Hüquqşünas” başlığı ilə [email protected] email ünvanına göndərə bilərsiniz.
Şirkət haqqında
Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Baş ofisi İstanbulda (Türkiyə) yerləşir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 15 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 10 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 3 dəq
- 10 ay, 3 həftə, 3 gün, 9 saat, 48 dəq
-
11 ay, 5 gün, 5 saat, 19 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır