İri avtomobil şirkəti Hüquqşünas axtarır

Hüquqşünas


İşəgötürən: Auto Azerbaijan

Vakansiya: Hüquqşünas

Son tarix: 16 mart 2022

Vəzifə öhdəlikləri: 

Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

-Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi

-Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi

-Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi

-Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həlli

-Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması

-Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması

-Məhkəmədə və digər dövlət orqanlarında şirkətin hüquqi nümayəndəsi kimi təmsilçilik

-Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Tələblər:

-Ali hüquq təhsili;

-Korporativ hüquq sahəsində 3-5 illik iş təcrübəsi;

-Xarici dil biliyi ( İngilis, Rus)

-Analitik düşüncə qabiliyyəti

-Qərar vermə

Əmək şəraiti:

-İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118

-6 günlük iş rejimi;

-Əmək haqqı – Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Bu iş üçün müraciət etmək istəyirsinizsə  CV-nizi “Hüquqşünas” başlığı ilə [email protected] email ünvanına göndərə bilərsiniz. 

Şirkət haqqında

Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Baş ofisi İstanbulda (Türkiyə) yerləşir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]