İnşaat mühəndisi tələb olunur

Mühəndis

muhəndis 1


İşəgötürən – Cronos MTK

Vəzifə – İnşaat mühəndisi

Vəzifə öhdəlikləri:

-Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; 

-Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; 

-Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; 

-Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; 

-Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; 

-Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılması

-Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;

-Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; 

-Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); 

-Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. 

-Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; 

-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət; 

-Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; 

Tələb olunan bilik və bacarıqlar:

-Müvafiq sahədə ali təhsil

-5 ildən çox müvafiq sahədə iş təcrübəsi

-Kompüter bilikləri (Microsoft Office proqramları); 

-Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX) 

-Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür; 

-Analitik düşüncə bacarığı; 

-Ünsiyyət və komandada işləmək bacarıqları; 

-Məsuliyyətli olmalı; 

-Təşkilatçılıq bacarıqlarına sahib olmalı; 

-Dəqiqlik; 

-Detallara diqqət yetirməyi bacarmalı

Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

İş yeri bölgədədir, Bakıda deyil

İş rejimi: 6 günlük, bazar günü istirahət günüdür.

Uyğun namizədlər vakansiyanın adını qeyd edərək e-mail adresinə [email protected] CV göndərə bilərlər.

Elanın bitmə tarixi- 8 yanvar 2023

Şirkət haqqında
Şirkətin fəaliyyət növü sənaye və mülki obyektlərin tikintisi, daxili təmir və tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, tikinti işləri aparılacaq sahələrdə yararsız göllərin doldurulması və qurudulması, süni göllərin qurulması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma, isitmə, soyutma, havalandırma, yanğından mühafizə, su təchizatı və kanalizasiya sistemlərinin, qazanxana və nasosxananın quraşdırılmasından ibarətdir.


©️ 2022

070 231 45 70

[email protected]