İnşaat layihə mühəndisi tələb olunur

Azersun Holding şirkəti inşaat layihə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
-İşəgötürən: “Azərsun Holding”
-Vakansiya: İnşaat layihə mühəndisi
Elanın bitmə tarixi: 07.06.2022
Ərazi: Bakı
Əmək haqqı: Müsahibə əsasında
Staj: 5 il
Yaş həddi: 30 — 50 yaş
Təhsil: Natamam ali təhsil (bakalavr)
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
E-mail: [email protected]
Ümumi məlumatlar:
İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
Müvafiq sahəyə uyğun ən azı 5 il iş təcrübəsinə sahib olmalı;
Suvarma sistemlərindən məlumatlı olanlara üstünlük veriləcək;
Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
Müəllif nəzarəti jurnalının və gizli akt formalarının tərtibi qaydalarını bilməli;
Hesabatların Lira və ya SAP2000 proqramında aparılamsı qaydasını bilməli;
AutoCAD, Revit, Tekla və s. proqramları bilməlidir.
İş haqqında məlumat:
İnşaat layihə sənədlərinin Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarına “СНиП” -ə uyğun olaraq hazırlanması və hazır layihələrin oxunması;
Dəmir beton, metal konstruksiya, ağac və s. konsrtuksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi;
Optimal konstruktiv həll variantlarının verilməsi;
Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
Geoloji və topoqrafik məlumatların oxunması və layihədə tətbiqi;
Konsrtuksiya materiallarının layihəyə görə həcminin müəyyən edilməsi;
Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və təhvil verilməsi.
İş yeri:
Bakı və bölgələr
5 günlük iş qrafiki.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat layihə mühəndisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Vakansiyalar
- 3 saat, 13 dəq
-
1 gün, 2 saat, 13 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 15 dəq
- 1 gün, 2 saat, 17 dəq
-
1 gün, 2 saat, 19 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib