Hüquqşünas tələb olunur

Şirkət: Prior Leasing
Vəzifə: Hüquqşünas
Vəzifə öhdəlikləri:
– Dövlət orqanları və idarələrində təşkilatın mənafeyini qoruyur və müdafiə edir;
– Məhkəmə və hüquq mühafizə orqanlarında təşkilatı təmsil edir;
– Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş
vaxt ərzində cavabları hazırlayır;
– Mübahisələrin məhkəməyəqədər həllində (mediasiya) iştirak edir;
– Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım edir, onlardan daxil olmuş
sorğulara rəy və izahatlar verir;
– Məhkəmə qərarlarının icra edilməsinə nəzarət edir və dəstək verir, o cümlədən, icra
mərhələsində ərizə və vəsatətlərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsini həyata
keçirir.
– İddia ərizələri, vəsatətlər, etirazlar, məhkəmə aktlarından şikayətləri hazırlayır;
– Hüquq mühafizə orqanlarından habelə dövlət orqanlarından daxil olan sorğu və müraciətlərə
baxır və onlara qanunvericiliyə uyğun cavablar hazırlayır;
Namizədə dair tələblər:
– Hüquq sahəsində ali təhsil;
– Müvafiq sahədə 2 il iş təcrübəsi;
– Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyətləri
– MS Office proqramlarında çalışmaq bacarığı;
– Sürücülük vəsiqəsinin olması üstünlükdür.
İş şərtlərimiz:
– 5 günlük iş qrafiki, 08:30 – 17:30;
– Əmək haqqı: 900-1100 AZN;
– İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas”
yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
5 saat, 39 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 5 saat, 41 dəq
- 5 saat, 43 dəq
-
5 saat, 45 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib
- 5 saat, 47 dəq