Holdinq keyfiyyət və istehsalat proseslərinə nəzarət üzrə mühəndis axtarır

İşəgötürən: Azersun Holding
Vakansiya: Keyfiyyət və istehsalat proseslərinə nəzarət üzrə mühəndis (Regionlar)
Son tarix: 07 may 2022
Ümumi məlumatlar:
-Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
1. Kimya mühəndisi;
2. Qida mühəndisi;
3. Mexanika mühəndisi.
-Araşdırma və analizetmə bacarığı olmalı;
-Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
-MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
-İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
-Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
-Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
-Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
-İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
-Növbəli iş rejimi.
Regionlar: İmişli,Kürdəmir və Lənkəran
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət üzrə mühəndis (İmişli)” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Vakansiyalar
- 15 dəq
- 41 dəq
- 51 dəq
- 14 saat, 52 dəq
- 14 saat, 57 dəq