Holcim Azerbaijan struktur dizayn mühəndisi axtarır

Mühəndis


İşəgötürən: Holcim Azerbaijan

Vakansiya: Struktur Dizayn Mühəndisi

Son tarix: 21 avqust 2022

Şöbə: Kommersiya

İş vaxtı: Tam iş vaxtı 

Missiya:

Memarlıq dizayn həlləriinin tədqiqatı və inkişafı, həmçinin Holcim məhsullarına və  həll yollarına əsaslanan müvafiq strukturların yaradılması və dizayn aspektlərinin potensial müştərilərə və əsas maraqlı tərəflərə çatdırılmasına dəstək olmaq.

Öhdəliklər:

-Yaşayış, kommersiya sənaye seqmentlərində strukturların gücü, dayanıqlığı və davamlı üstünlükləri haqqında ətraflı hesablamalar aparmaq.

-Layihhəyə salınmış konstruksiyaların yerli tikinti qaydalarına və standartlarına uyğun layihələndirilməsi ilə onların təhlükəsiz və funksional olmasını təmin etmək 

-Hazırlanmış strukturların təxmini xərcləri, smetaları daxil olmaqla çertyojları və bütün yardımçı sənədləri hazırlamaq· 

-Məhsulun və fəaliyyətin texniki məlumat cədvəllərini və məlumat xarakterli broşürlər hazırlamaq

-Proseslərə rəhbərlik etmək və tələb olunan səndləri əldə etmək, hazırlanmış strukturların icazəsini almaq.

-Tələb olunarsa, tikinti prosesinə nəzarət etmək, o cümlədən podratçıların planlara düzgün əməl etdiyinə əmin olmaq və tikinti zamanı bütün təhlükəsizlik tədbirlərinə riayət olunmasını təmin etmək.

-Təklif olunan həllərin praktiki nümayişini həyata keçirməkdə kommersiya komandasına və müştərilərə kömək etmək. 

-Layihələndirilmiş strukturları və həlləri təşviq etmək üçün təlim materiallarının hazırlanmasında və təlim sessiyalarının canlandırılmasına kömək etmək

-İnnovativ və ən iqtisadi həll yolları təklif etmək və onu inkişaf etdirmək üçün  Qrupdakı ən yaxşı təcrübələrdən və bu sahədə qabaqcıl texnologiyadan istifadə etmək

İxtisas və bacarıqlar:

-Struktur Mühəndislik və yaxud İnşaat Mühəndisliyi üzrə Magistr və ya  Doktorluq dərəcəsi

-Müştəri spesifikasiyasına və təhlükəsizlik standartlarına uyğun olaraq strukturlar üçün sxemlərin işlənib hazırlanması üzrə tikinti sənayesində peşəkar təcrübə

-Iayihənin inkişaf etdirmək və liderlik bacarıqları  vacibdir

-Yenilikçi düşüncə tərzi və komanda ilə birgə işləmək bacarığı

-Maraqlı tərəflərin idarəolunması (dövlət qurumları. Memarlar, müştərilər)

Müraciət proseduru:

Maraqlanan namizədlər CV-ləri mövzu hissəsinə SDE yazmaqla göndərəmələri xahiş olunur.Bütün müraciətlərə baxılacaq və bərabər imkanlar veriləcək

Ərizələrin son qəbul tarixi: 20 Avqust, 2022.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]