Facility Management Group təmir-tikinti işləri üzrə baş mühəndis axtarır (Şamaxı,Qəbələ / Xızı)
İşəgötürən: Facility Management Group
Vakansiya: Təmir-tikinti işləri üzrə Baş mühəndis (Şamaxı,Qəbələ / Xızı)
Son tarix: 29 oktyabr 2022
İşin təsnifatı:
-Təmir-tikinti layihələrinin idarə olunması;
-Əmlakların istismara təhvil alınması;
-İşə qəbul, performans, təlim, karyera planlaşdırılması, intizam məsələləri və komanda motivasiya, o cümlədən komanda üzvləri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi;
-Təmir sahələrində layihənin təhlükəsizliyinin və düzgünlüyünün təmin edilməsi;
-Mühəndislik və texniki xidmət strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
-Tikintinin idarə olunması proseslərini təkmilləşdirmək və inkişaf etdirilməsi;
-Podradçı və subpodradçı təşkilat və briqadaların işlərinin əlaqələndirilməsi;
-Tikinti sənədlərinin düzgün aparılmasına nəzarət;
-Layihələrin iş planına, razılaşdırılmış müddətə və ayrılmış büdcəyə uyğun olaraq həyata keçirilməsinin təşkili;
-Tikinti hesabatlarının və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-Tikinti üçün tələb olunan işçi heyətinin formalaşdırılmasının təşkili;
-Əlavə işlərin və ehtimal büdcənin hesablanması, baxım planının hazırlanması;
-Rəsmi qurumlarla əlaqələrin təmin edilməsi;
-PM proqramının hazırlanması və həyata keçirilməsi;
Tələblər:
-Müvafiq və oxşar sahə üzrə ali təhsil;
-Müvafiq sahə üzrə minimum 10 il iş təcrübəsi;
-Mükəmməl ünsiyyət – Bütün səviyyələrdə işləmək və əməkdaşlıq etmək və məsləhət vermək bacarığı;
-Yaxşı planlaşdırma və monitorinq bacarıqları;
-Yüksək təşkilatçılıq bacarıqları;
-Nizam-intizamlı və dəqiq, məsuliyyətli;
-Yüksək texniki biliklər;
-AutoCAD, MS Office (Excel) və 1C proqramlarından üstün səviyyədə istifadəçi təcrübəsi;
-Layihələrin idarə edilməsi təcrübə;
Qeyd: Şamaxı,Qəbələ və Xızı həmçinin yaxın şəhər və rayonlardan olan namizədlərə üstünlük veriləcəkdir.
Xahiş olur CV-lərinizi Təmir-tikinti işləri üzrə Baş mühəndis başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 13 saat, 1 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 56 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 49 dəq
- 10 ay, 3 həftə, 3 gün, 10 saat, 34 dəq
-
11 ay, 5 gün, 6 saat, 5 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır