“Enginet” mühasib axtarır

Mühasib


İşəgötürən – Enginet LLC

Vəzifə: Mühasib (əmək haqqı üzrə)

Vəzifə öhdəlikləri:

1. Əmək haqqının hesablanması və əməkdaşların əmək haqqı kartlarına köçürülməsi; (1C proqramı və bank sistemi vasitəsilə)

2. Əlavə əmək haqlarının (bonusların, əlavə iş saatlarının, yanacaq xərclərinin və digər əlavə ödənişlərin) 1C sisteminə daxil edilməsi, məzuniyyətlərin hesablanması, son-haqq hesabların verilməsi, xəstəliyə görə müavinatların hesablanması, avansların verilməsi, vergilərin hesablanmasına nəzarət;

3. Sənədlərinin hazırlanması və qovluqlara yığılması;

4. Əmək haqlarının verilməsindən sonra ehtiyac olduqda işçilərə əmək haqları (əlavə əmək haqları,  hesablanmış məzuniyyətlər və s.) barəsində məlumatların verilməsi; (telefonla, e-mail poçt ünvanlarına və ya şifahi formada)

5.  Ezamiyyətin ödənilməsi və avans hesabatının aparılması; (1C proqramı və bank sistemi vasitəsilə)

6. Ezamiyyət ödənişlərinin işçilərin kart hesablarına köçürülməsi;

7. Ezamiyyətə gedən əməkdaşlara köçürülən ezamiyyə ödənişlərinin avans hesabatının aparılması və sənədlərinin hazırlanması;

8. Rəsmi Statistika hesabatının hazırlanması və təqdim edilməsi; (ayda bir dəfə)

9. “4 ƏMƏK N-li forma” hesabatının hazırlanması; (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu barədə)

10. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın tərtib ediməsi və göndərilməsi (Vahid Bəyannamə) – Rüblük;

Namizədə verilən tələblər:

–   Ali təhsil (müvafiq sahə üzrə)

– Ən azı 2 il müvafiq sahədə iş təcrübəsi

– Azərbaycan dili əla, rus dili yaxşı, ingilis dili orta

–  Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək

– Vergi uçotu üzrə və mühasibatlıqla bağlı yerli qanunvericilik haqda biliklərə malik olma     

–  Komandada işləmək bacarığı; analitik zəka, rəqəmlərlə işləmək                                                                                                                                                    

Əmək haqqı: 800 AZN

İş qrafiki: 5 günlük iş qrafiki

Müraciət qaydası:  CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – Mühasib (əmək haqqı üzrə) yazmaqla göndərə bilərsiniz.

Şirkət haqqında
IT xidmətləri bazarında çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.

Bu gün “ENGINET” şirkəti IT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən mütərəqqi telekommunikasiya xidmətləri təchizatçısıdır.

“ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

“ENGINET” şirkətini fərqləndirən cəhətlər:

-Azərbaycanın IT xidmətləri bazarında 10 illik uğurlu fəaliyyət
-Tətbiq olunan həllərin dünya standartlarına cavab verməsi
-Şirkət heyətinin yüksək ixtisaslı mütəxəssislərdən ibarət olması
-Təqdim olunan xidmətlər spektrinin daim yenilənməsi
-Dünya bazarı liderlərinin istehsalı olan avadanlıqlar
-Müştərilərlə çoxillik etibarlı münasibətlər
-Çevik qiymət siyasəti
-Şirkətin idarə edilməsinin beynəlxalq ISO 9001 və ITIL standartlarına uyğun qurulması
-Xidmət keyfiyyətinə daimi nəzarət

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]