Əməyin Təhlükəsizliyi texnikası üzrə mühəndis tələb olunur

MOGAN Hotel-ə Əməyin Təhlükəsizliyi texnikası üzrə Mühəndis tələb olunur.
Vakansiyanın adını qeyd edərək e-mai adresinə [email protected] / [email protected] göndərə bilərsiniz.
İşin təsviri:
-Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi
-Şirkətdə SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
-Gündəlik yoxlamalarına aparılmasına nəzarət
-İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, və Bütün Qəza Təhqiqat ———Hesabatlarının bağlanması prosesini tamamlamaq və əldə olunmuş nəticələri Sətəm üzrə Müdirə təqdim etmək
-Qəza Ehtimalı/Risk/Müşahidə Hesabatlarını araşdırıb rəhbərliyə təqdim etmək
-Mülki Müdafiə üzrə təlimlərin, Mülki Müdafiə ilə əlaqəli sənədlərin hazırlanması və icrası
-Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi
-Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini
-Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət
-API Spec Q1, ISO 9001, OHSAS 18001 standartlarının tələblərinə cavab verən prosedur, təlimat, siyasət və formaların hazırlanması, tətbiqinin izlənilməsi və illik auditə hazırlıq
-Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması
-Şöbənin məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün SƏTƏM üzrə Müdirə və komandaya effektiv SƏTƏM siyasətlərinin, təlimatlarının və prosedurlarının planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsində dəstək olmaq
-Şirkət və 3-cü tərəflərə əməyin mühafizəsi,və təhlükəsizlik məsələlərinin bütün aspektlərində dəstək vermək.
-Təyin edilmiş SƏTƏM Mütəxəssislərinin iş öhdəlikləri baxımından öz vəzifələrini yerinə yetirmələrini və bütün podratçı SƏTƏM ilə eyni şəkildə əlaqə saxlamalarını təmin etmək
Tələblər;
-Əməyin mühafizəsi və ya buna bənzər sahədə ali bakalavr təhsili
-Aparıcı vəzifələrdə işləmə təcrübəsi arzu olunandır
-SƏTƏM sahəsində 3-4 il iş təcrübəsi
-Əməyin Mühafizəsi , Sanitariya və Gigiyena ,Ətraf Mühit və Ekologiya ilə əlaqədar Yerli qanunvericiliyin və beynəlxalq standartlarla tələbləri barədə xəbərdar olmaq
-ISO 45001; ISO 9001; ISO 14001 standartlarının tələblər
-Ən azı orta səviyyədə ingilis dili biliyi
-NVQ diplom, NEBOSH sertifikatı olanlara üstünlük verilir
İş şəraiti;
– Yarım ştat iş qrafiki
– Əmək qanunvericiliyinə uyğun sənədləşmə
– Nahar şirkət tərəfindən verilir
– Ünvan; Mogan Hotel, İnşaatçılar prospekti 12
– E-mail; [email protected] / [email protected]
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 17 saat, 15 dəq
-
2 ay, 4 gün, 12 saat, 46 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 44 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 34 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 37 dəq