Əmək haqqı üzrə mühasib tələb olunur
İşəgötürən – Camal LTD
Vəzifə – Əmək haqqı üzrə mühasib
Vəzifə öhdəlikləri:
-İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
-Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
-Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
-DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
-Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
-Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
-Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
Tələblər:
-Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
-Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
-Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
Əlavə məlumat:
-AR qanunvericiliyinə əsasən sənədləşmə;
-Nahar şirkət tərəfindən təmin olunur;
-İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Maraqlanan namizədlərdən mövzu sətrində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə CV ni mail ünvanına [email protected] göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi-14.01.2023
Vakansiyalar
-
15 saat, 23 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 14 saat, 15 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 14 saat, 49 dəq
- 3 gün, 8 saat, 55 dəq
- 4 gün, 4 saat, 9 dəq