eManat data mühəndisi axtarır

Mühəndis


İşəgötürən: eManat

Vakansiya: Data mühəndis

Son tarix: 23 sentyabr 2022

Namizədə qoyulan tələblər:

-Ali təhsil;

-Minimum 4 il iş təcrübəsi;

-Microsoft Office və digər xüsusi proqramların işləmə bacarığı; 

-PL/SQL və SQL proqramlaşdırma dilləri barədə güclü məlumat; 

-SQL-də analitik funksiyalarla işləmə bacarığı; 

-Güclü analitik, təşkilatı və ünsiyyət bacarıqları; 

-OLAP və OLTP sistemlərinin prinsiplərini anlamaq; 

-Performans qiymətləndirmə və SQL optimallaşdırma təcrübəsi; 

-Oracle BI,Tableau ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı; 

-Dil tələbləri: Azərbaycan dili, Rus və İngilis dili bilməsi arzuolunandır; 

-Komandada işləmək bacarığı və stressə davamlılıq; 

-Məsuliyyət, dəqiqlik, opertativlik və problemi həll etmə bacarığı;

-Windows və Linux əməliyyat sistemlərində sərbəst işləmək bacarığı

-Məxfilik qaydalarına riayət etmək

-Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi

-Hesabat və araşdırmanın aparılmasına nəzarət etmək, yaranan problemləri həll etmə qabiliyyəti

-Test sistemi üzərində bütün əməliyyatların tətbiqi

-Real mühitdə tətbiqi

-DWH  Repozitoriya ilə işləməyi bacarmaq

-Verilənlər Bazası (DB) işləməyi bacarmaq

-ETL / ELT anlayışı olmalıdır

-BI-da hesabatlar, vitrinlər yaradmaq, problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi

Vəzifə öhdəlikləri:

-Proseslərin və tranzaksiyaların analizi və hesabatının çıxarılması; 

-Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı; 

-Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması;

-Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi; 

-Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması; 

-Verilənlər Bazası (DB) ilə işləmə; 

-Optimallaşmış SQL sorğularla müxtəlif hesabatların alınması; 

-DB-də prosedur, Job-ların qurulması; 

-Performans izləmə və optimallaşdırma; 

-Kod nəzərdən keçirilməsi;

-ETL ssenarilərin qurulması

İş şəraiti:

-Ofis daxili;

-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);

-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;

-Əmək haqqının 15 gündən bir ödənilməsi;

-Tibbi sığorta təminatının verilməsi;

-Nahar yeməyinin təmin olunması;

-“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Data mühəndis” yazılmalıdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]