Elektrika üzrə mühəndis axtarılır
-İşəgötürən: “Altus Engineering Group”
-Vakansiya: Elektrika üzrə mühəndis
-Elanın bitmə tarixi: 11.05.2022
Əsas vəzifə öhdəlikləri:
Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
Elektrik yükünün hesablanması;
Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
Namizədə tələblər:
İxtisası üzrə ali təhsil;
Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
Elektrik sxemlərini tərtib etmək bacarığı;
Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
Kompüter bilikləri (MS Office , Autocad və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
Komandada işləmə bacarığına malik olmalı;
İşgüzar və məsuliyyətli olmalı;
Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini subject yerində “Elektrika üzrə mühəndis” qeyd edərək H[email protected] e-mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 39 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 13 saat, 34 dəq
- 7 ay, 2 həftə, 5 gün, 15 saat, 27 dəq
- 10 ay, 3 həftə, 3 gün, 10 saat, 12 dəq
-
11 ay, 5 gün, 5 saat, 43 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır