Daşkəsən Dəmir Filiz MMC mühəndis axtarır
İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC
Vakansiya: Mühəndis
Son tarix: 09 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Şöbəyə həvalə edilmiş müvafiq vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş, eyni zamanda şöbəyə həvalə edilmiş tədbirlərin icra edilməsini təşkil etmək;
-Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək, həmçinin şöbənin fəaliyyət istiqaməti (layihələ, təmir və tikinti-quraşdırma) ilə əlaqədar hesabatların hazırlanmasını təmin etmək ;
-Müvafiq sahədə prioritetlərinin formalaşdırılmasında, layihələrin işlənilib hazırlanmasında iştirak etmək və aidiyyəti təkliflər hazırlamaq;
-Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin (təmir, tikinti-quraşdırma və layihələndirmə işləri) həyata keçirilməsini və koordinasiyasının təmin edilməsində iştirak etmək;
-Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti işlərin plana və büdcəyə uyğun aparılmasına nəzarət etmək;
-Səlahiyyətləri çərçivəsində təmir-tikinti işləri zamanı aşkar olunmuş uyğunsuzluqlar barədə müvafiq sənədləri tərtib etmək və aidiyyəti üzrə məlumat vermək;
-Tikinti və təmir işləri üzrə layihələrin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasında, koordinasiya işləri və idarə olunmasında iştirak etmək;
-Tikinti və təmir işləri üzrə layihələrə dair şöbə daxili elektron və yazılı məlumat bazasının yaradılmasını və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
-Təmir-tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsinə nəzarət etmək;
Namizədə tələblər:
-Ali təhsil (Tikinti üzrə);
-Sahə üzrə 5 il iş təcrübəsi;
-MS Office, Autocad, Archicad proqramlarında işləmək bacarığı;
-Rus və İngilis dillərini bilməsi üstünlükdür.
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Mühəndis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
3 saat, 3 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 1 saat, 55 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 2 saat, 29 dəq
- 2 gün, 20 saat, 35 dəq
- 3 gün, 15 saat, 49 dəq