Daşkəsən Dəmir Filiz MMC hüquqşünas axtarır

İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC
Vakansiya: Hüquqşünas
Son tarix: 07 noyabr 2022
Vəzifə öhdəlikləri:
-Cəmiyyət daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
-Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasını hazırlamaq, zəruri dəyişiklikləri etmək;
-Müqavilələrə hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
-Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
-Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər:
-Ali hüquq təhsilli;
-Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
-Mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, qanunvericiliyi barədə biliklərə malik olmaq;
-Peşəkar ünsiyyət psixologiyasını bilmək;
-Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
-Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
-Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək (rus dili arzuolunandır).
Bacarıqlar:
-Analitik düşünmə qabiliyyəti;
-Komandada işləmək bacarığı;
-İşgüzar və hüquqi yazışma bacarığı;
-İşin planlaşdırılması bacarığı;
-Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
-Yaradıcı və təşəbbüskar olmaq;
-MS Office proqramlarında sərbəst işləyə bilmək.
Digər məlumatlar:
-İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
-Ezamiyyə imkanları (zəruri hallarda)
-5 günlük iş rejimi (bazar ertəsi – cümə)
-İş vaxtı: 09:00 – 18:00
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 8 saat, 23 dəq
-
2 ay, 4 gün, 3 saat, 54 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 52 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 42 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 45 dəq