“Cronos” MTK-ya smeta mühəndisi tələb olunur

Mühəndis


İşəgötürən: Cronos MTK

Vakansiya: Smeta mühəndisi

Son tarix: 19 noyabr 2022

Vəzifə Öhdəlikləri:

-Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;

-Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;

-Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;

-Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;

-Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;

-Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;

-Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;

-Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;

-Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;

-Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;

-Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;

-Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;

-İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;

-Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;

-Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;

-Smetaların bazar qiymətləri ilə hesablanması;

-Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);

-Sahələrdən gələn texniki hesabatların yoxlanması.

Tələblər:

-Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;

-Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;

-Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;

-Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;

-İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.

-Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

-Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır

-MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD, Smeta+

-Analitik düşüncə tərzi,

-Dəqiqlik, operativlik.

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 

-6 günlük iş rejimi

-Həftə içi günlər saat 10:00-dan 18:00-dək

-Şənbə günü 10:00-dan 16:00-dək

Namizədlər CV-lərini “Smeta mühəndisi” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]