Caspos MMC aparıcı mühasib axtarır

İşəgötürən: Caspos MMC
Vakansiya: Aparıcı Mühasib
Son tarix: 24 sentyabr 2022
Struktur hissəsi: Mühasibatlıq
Birbaşa tabeçilik: Baş mühasib
Funksional tabeçilik: Maliyyə departamentinin direktoru
Məsuliyyət və vəzifələr:
-Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılmasını yerinə yetirir.
-Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
-Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
-Mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
-Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
-Cəmiyyət üzrə kreditorlarların uçotunu aparır;
-Cəmiyyət üzrə debitorların uçotunu aparır;
-Cəmiyyətin əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
-Bank sənədlərini tərtib edir;
-Kassa uçotuna nəzarət edir;
-Balans, Mənfəət zərər hesabatının hazırlanmasında iştirak edir, pul vəsaitlərin hərəkəti haqqında hesabat;
-Müvafiq müxabirləşmələri verir.
Tələblər:
-Ali təhsil
-Mühasibat proqramlarını (1C) bilmək və kompüterdə işləmək bacarığı
-Qeyd olunan peşədə azı 2 il əmək stajı
Fərdi keyfiyyətlər:
-Məsuliyyətlilik
-Diqqətlilik
-Səliqəlilik
Məşğulluq: Tam
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 6 saat, 57 dəq
- 2 gün, 7 saat
- 3 gün, 15 dəq
- 3 gün, 57 dəq
- 3 gün, 59 dəq