Caspian Innovation Center mühəndis axtarır (texniki xidmət üzrə)

İşəgötürən: Caspian Innovation Center
Vakansiya: Mühəndis (texniki xidmət üzrə)
Son tarix: 11 may 2022
Departament haqqında:
Biznes tətbiqlərinin inzibatçılığı departamenti biznes tətbiqlərinə dəstək ,verilənlər bazasının inzibatçılığı və onlara dəstək, həmçinin ölkə üzrə qaz ödəniş sistemlərinə dəstək xidməti göstərir.
Vəzifə öhdəlikləri:
-Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi
-Verilənlər bazasının mövcudluğunu və performansını artırmaq üçün monitorinq prosedurlarının tətbiqi
-Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi
-Verilənlər bazası və digər İT infrastruktur proyektləri ilə əlaqəli kompleks problemlərin həlli və planlanmasında fəal iştirak.
-Ödəniş sistemlərinə nəzarət və problemlərin aradan qaldırılmasında köməklik göstərilməsi.
-Elektron sənəd dövriyyəsi (Opentext) sisteminin sabit işlək vəziyyətdə qalmasına nəzarət.
-7/24 bazalara dəstək və ödənişlərə nəzarət
Tələblər:
-Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr dərəcəsi;
-Komandada işləmək bacarığı
-Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 1 illik iş təcrübəsi (üstünlük verilir)
-Oracle DB arxitekturası üzrə yüksək bilik
-Verilənlər bazası optimallaşdırması və SQL tuning üzrə təcrübə (üstünlük verilir)
-ASM, Data Guard kimi Oracle məhsul və texnologiyaları üzrə ilkin biliklər
-RMAN ehtiyat nüsxəsi və bərpa əməliyyatları haqqında bilik
-UNİX/ Linux və windows əməliyyat sistemləri üzrə ilkin biliklər
-PL/SQL proqramlaşdırma dili üzrə bilikər (üstünlük verilir)
-MSSQL, MYSQL və POSTGRESQL verilənlər bazası administrasiyası üzrə bilikər (üstünlük verilir).
-OCA , MCSA sertifikatları (üstünlük verilir).
-İİS və Apache Tomcat web serverləri üzrə təməl bilikər (üstünlük verilir).
-Sənəd dövriyyəsi sisteminin administrasiyası bilikləri (üstünlük verilir).
-Güclü problem həll etmə, analiz bacarıqları
-Azərbaycan dilini səlis, İngilis dilini əla, Rus dilini orta bilməli.
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 10.05.2022-ci il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 saat, 40 dəq
-
1 gün, 1 saat, 40 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 42 dəq
- 1 gün, 1 saat, 44 dəq
-
1 gün, 1 saat, 46 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib