“BSC Group”a “Aparıcı Hüquqşünas” tələb olunur

Hüquqşünas


İşəgötürən – BSC Group
Vəzifə – Aparıcı Hüquqşünas (Korporativ sahə üzrə)
Əsas vəzifələr:
– Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
– Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
– Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
– Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;
– Əmtəə nişanlarının qeydiyyata alınması;
– Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
–   Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək.  
Tələblər:
–  Müvafiq sahə üzrə ali təhsil;
-Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi; 
– Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə; 
– Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir. 
– Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş. 
İş şəraiti:
– 6 günlük iş qrafiki
– Əmək haqqı 1200-1500 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən CV–lərini  [email protected]  elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]