Başak Group mühəndis axtarır

İşəgötürən: Başak Group
Vakansiya: Mühəndis
Son tarix: 02 iyun 2023
Namizədə aid tələblər:
-Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə),
-Kompüter bilikləri: MS Office proqramları, AutoCad
-İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
-Punktual və ünsiyyətcil olması;
-Analitik düşüncə bacarığı;
-Ünsiyyət və komandada işləmək bacarıqları;
-İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
-Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
-Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli
Vəzifə öhdəlikləri:
-Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
-Layihələr üzrə araşdırmalar etmək;
-Material sərfini hesablamağı bacarmaq
-Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
-İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
-Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
-Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək, onlara iş təlimatı keçmək;
İş qrafiki:
-Həftə içi 5 gün saat 09:00-18:00,
-Nahar şirkət tərəfindən verilir,
-Korporativ nömrə (korporativ paket),
-Əməkhaqqı: Müsahibə əsasında
-Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Mühəndis” yazaraq göndərə bilərlər.
Vakansiyalar
- 1 gün, 6 saat, 38 dəq
- 1 gün, 6 saat, 40 dəq
- 1 gün, 6 saat, 42 dəq
- 1 gün, 6 saat, 44 dəq
- 1 gün, 6 saat, 46 dəq